Ölkəmizdə ilk dəfə icra olunan və Tibb Universitetində həyata keçirilən əməliyyat uğurla yekunlaşıb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsində ölkəmizdə ilk dəfə icra olunan kavopulmonar anastomoz (“Glenn”) əməliyyatı həyata keçirilib. Həmin cərrahi müdaxilə təkmədəcikli təmir əməliyyatı planlanan xəstələrdə ilk mərhələdə icra olunan bir əməliyyatdır.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uşaq ürək cərrahı Ramal Həsənovun rəhbərliyi ilə 2008-ci il təvəllüdlü Zəhra Qənbərlinin üzərində keçirilən əməliyyat uğurla nəticələnib.
Cərrahın sözlərinə görə, 12 yaşlı xəstənin üzərində əvvəlcə “Glenn proseduru” icra edilib. O, həmçinin deyib: “Xəstədə cüzi hərəkət zamanı təngnəfəslik və yorğunluq müşahidə olunub. Bununla yanaşı, onda getdikcə göyərmə halı artıb. İkiyönlü kavopulmonar anastomoz əməliyyatı icra edilmiş 12 yaşlı xəstənin exokardioqrafiya müayinəsi zamanı onun ikimədəcikli təmir şansının olduğu qənaətinə gəlinib. Əməliyyat 14 saat çəkib və uğurla yekunlaşıb. İyirmi gündən sonra isə xəstə normal klinik və hemodinamik göstəricilərlə evə yazılıb. Hazırda o, özünü normal hiss edir və həkim nəzarətindədir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]