Ölkəmizin beynəlxalq idman aləmində tanınmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə ölkəmizdə idman tədbirləri keçirilir.
Bu sözləri AZƏRTAC-a ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş “Böyük Qafqaz” beynəlxalq velosiped turnirində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir. O bildirmişdir ki, Naxçıvanda 10 ölkənin iştirakı ilə ümummilli liderin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir yenicə başa çatmışdır. Bundan əlavə, şahmat, cüdo və digər idman növləri üzrə yarışlar təşkil olunmuşdur. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq velosiped idmanı üzrə “Böyük Qafqaz” turniri Bakıdan start götürür. Turnirdə velosipedçilər Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala-Bakı marşrutu üzrə hərəkət edəcəklər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə belə turnirin keçirilməsi çox əlamətdar hadisədir. Heydər Əliyev Azərbaycan gəncliyinin dünəni, bu günü və gələcəyidir. Ölkəmizin beynəlxalq idman aləmində tanınmasında bu dahi şəxsiyyətin xidmətləri əvəzsizdir. Azərbaycan idmançılarının uğurları göz qabağındadır. Buna misal olaraq, Naxçıvanda keçirilən güləş turnirini misal göstərmək olar ki, bu yarışda Azərbaycan yığması qızıl medal qazandı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]