ÖLMƏZ ŞAİRİ ANMA MƏRASİMİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin MR Yazıçılar Birliyi ilə birgə keçirdiyi bu mərasimdə yazıçı və şairlər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Naxçıvan MR Ali Məclisi sədrinin müavini Zahid Əzimov, Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Həşimli şairin həyatı və yaradıcılığı barədə məruzə etmişlər.
Mərasimdə vurğulanmışdır ki, şairin cənazəsinin qürbətdən, həyat yoldaşı Müşkünaz xanımın Bakıdan, oğlu Ərtoğrulun Naxçıvan şəhər qəbristanlığından gətirilib Hüseyn Cavid məqbərəsində bir yerdə dəfn olunmasında möhtərəm Heydər Əliyevin tarixi xidməti heç vaxt unudulmayacaqdır.
Mərasimdə şair Elman Həbib Hüseyn Cavidə həsr etdiyi şerini oxumuş, Naxçıvan Dram Teatrı aktyorlarının ifasında “İblis” pyesindən parçalar göstərilmiş, şerlər səslənmişdir.
Mərasim iştirakçıları Hüseyn Cavidin ev muzeyini də ziyarət etmişlər.