Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ölü” şəhərin bayramı – AZƏRTAC-ın Pripyat və Çernobıl şəhərlərindən REPORTAJI VİDEO

Çernobıl, 7 fevral, AZƏRTAC

Məqalənin sərlövhəsi təzadlı görünə bilər, ancaq realdır. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəza iki kilometr məsafədə yerləşən Pripyat şəhərində həyatı iflic etdi. 50 minə yaxın əhalisi olan şəhər tam evakuasiya edildi, 34 ildir Pripyat “Ölü şəhərə” çevrilib. 1970-ci ilin fevralında salınan Pripyat şəhəri qəza baş verən zaman 16 illik inkişaf dövrünü yaşayırdı; burada dörd mikrorayon salınmışdı, daha birinin təməli qoyulurdu, fəqət bir alimin savadsız, məsuliyyətsiz sınaq cəhdi dünyada yeni bəşəri faciənin təməlini qoydu, şəhər isə tarixin yaddaşına qovuşdu.

Əslində, Pripyat və Çernobıl şəhərinə səfər planlaşdırılanda, vahiməli səhnələrin şahidi olacağımı bilirdim. Elə də oldu... AES-in 30 kilometrliyində artıq ilk Nəzarət-Keçid Məntəqəsi fəaliyyət göstərir, orada təhlükəli zonaya keçən insanlar təlimatlandırılır, ciddi yoxlanışdan sonra yolun davamına icazə verilir. Çernobıl AES istiqamətinə irəlilədikcə radiasiyanın təbiətə vurduğu ziyanın, hər şeyin mutasiyaya məruz qaldığının şahidi olursan. Paslanmış meşə massivi, kol-kosun arasında qalan sahibsiz evlər sanki insanın ayrı bir dünyada olduğu təsəvvürünü yaradır. Yola davam etdikcə düşünürsən: İlahi, bir insan faktoru, səhvi necə bəşəri faciələrə səbəb ola bilərmiş. Bir zamanlar sovet adamlarının sevimli məskəni olan ərazi “ölüm saçır”.

Elə bu fikir beyində dolaşa-dolaşa gedirdik ki, ikinci Nəzarət-Keçid Məntəqəsinə çatdıq. Yenidən yoxlanışlar, təhlükəli ərazilərdə tikililərə girmək qadağası kimi tapşırıqlardan sonra yolumuza davam etdik.

Nəhayət, gəlib çatdıq Çernobıl Atom Elektrik Stansiyasının qəza baş verən 4 saylı nüvə reaktoruna. Çernobıl qəzası həm maliyyət, həm də ziyanına görə tarixdə ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisə şkalasında maksimum sinifləndirmə olan “7-ci səviyyə böyük qəza” olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. Digəri Yaponiyadakı 2011 Fukuşima fəlakətidir. Sığınacaq, həmçinin 3 nömrəli elektrik stansiyasında ziyan görməmiş digər reaktorların heyəti üçün 2000-ci ilə qədər elektrik istehsalına davam edən radioloji müdafiə təmin etdi. Sarkofaqın davam edən çürüməsinə görə, həm özü, həm də 4 nömrəli reaktor, beynəlxalq bir komanda tərəfindən dizayn edilən və inşa edilən daha böyük və müasir bir mühafizə olan Chernobyl New Safe Hapine tərəfindən 2017-ci ildə bağlanıb. Bu bina həm sarkofaq, həm də reaktor qalıqlarının uzaqlaşdırılmasını asanlaşdıra bilir. Həmçinin radioaktiv kirlənməni ehtiva edir.

Pripyat şəhərinin girişində, AES-in tam yanında radiasiya fonunu ölçən xüsusi cihazla ərazidəki vəziyyəti təhlil etdik. Torpağa yaxın yerdə radiasiya fonu 5,4 mikrozivert göstərdi ki, bu da normadan 18 dəfə çox deməkdir. Çünki radiasiya fonu normal halda 0,3 mikrozivert olmalıdır. Həmin ərazidə AES-in qəzası zamanı tullantılar basdırılıb və üzəri torpaq qatları ilə örtülüb. Avtomobil yolundan kənara girişə qadağan lövhələri vurulub. Radiasiya kəşfiyyatı bölüyünün komandiri, ekoloq Sergey Mirnıy söhbətində bildirdi ki, bu torpaqların bərpası və yararlığı üçün 24 min il lazımdır. O, ilk dəfə bu əraziyə qəzadan 2-3 ay sonra xüsusi kəşfiyyat aparmaq üçün radiasiyadan qorunan texnika ilə gəldiyini bildirərək, həmin dövrdə burada radiasiya fonunun 1000 dəfə çox olduğunu qeyd etdi. S.Mirnıy şahidi olduğu hadisələr və qəza ilə bağlı bir neçə kitab və film ssenariləri yazıb...

...Pripyat şəhərinin mərkəzinə isə ürəkağrısı ilə baxmamaq mümkünsüz idi. Bir tərəfdən virana çevrilmiş binalar, restoran və müəssisələr, radiasiyadan paslanmış yelləncəklərin vəziyyəti, digər tərəfdən radiasiya şüasının adamda yaratdığı ürək sıxıntısı qorxunc idi. Ancaq buna baxmayaraq 34 il öncə təxliyə olunan şəhər sakinlərinin bir hissəsi Pripyatın yaranma tarixini qeyd etməyə gəlmişdi. “Ad günün mübarək” şüarı ilə. Onlar “ölü şəhər”in bayramını min bir iztirabla, ağlaya-ağlaya qeyd edirdilər. Onların yaddaşında heç bir şəraitdə silinməyən hadisələr baş verib. Onların təfərrüatları və nəticələri, onlarla əlaqəli düşüncələr və duyğular qəlblərində əbədi məskunlaşıb və zaman-zaman yaddaşlarda qalır. Bunlardan biri də qəza zamanı 30 yaşında Pripyat şəhər diskotekasında dicey olan Aleksandr Demidov idi: “Pripyat şəhərinə 1980-ci ildə Poltavadan gəldim. “Energetik” mədəniyyət evində diskotekanın təşkilatçısı kimi çalışırdım. Bu, yalnız rəqs deyil, həm də əyləncəli bir şou idi - xüsusən də rəqs qrupunun çıxışları ilə. Pripyat diskotekamız Kiyev bölgəsində ən yaxşılardan sayılırdı, hər axşam 500 nəfərədək adam gəlirdi. Bunu xatırlatmaqdan məmnunam”.

A.Demidov olanları daha sonra belə xatırladırdı: “Sakinlərinin xatirəsində Pripyat gənc bir şəhər olaraq qaldı. Axı 1970-ci ildə yaranıb, 16 yaşında “vəfat edib”. Onun haqqında pis bir şey deyə bilmərəm. Bilirəm ki, ağlayan insanlar var. Deyirlər bu şəhər bizə bəla və bədbəxtlik gətirdi. Mən isə həyatımın ən yaxşı illərini orada keçirdiyimi düşünürəm. Yalnız şəhəri qəbiristanlıq olaraq ziyarət etməyim çox təəssüfləndirir...

...Qəza cümə günündən şənbə gününə keçən gecə baş verdi. Bazar günü isə Pripyat sakinləri təxliyə olundu. Beləliklə, şəhər sakinləri 30 saat qaranlıqda qaldı. Şayiələr var idi, amma heç kim dəqiq bilmirdi. Bazar günü günorta saat 12-də radioda əlverişsiz radiasiya vəziyyətini elan etdilər, özümüzlə pul, sənəd, fotoşəkillər götürməyi və avtobuslarla təxliyə olunmağı təklif etdilər”.

Pripyat şəhərində bütün reallıqları çılpaqlığı ilə müşahidə etdikdən sonra AES-dən 10-15 kilometr məsafədə yerləşən Çernobıl şəhərinə üz tutduq. Şəhərdə ilk baxışdan ən cəlbedici məkan Leninin heykəli oldu. Ukraynanın bütün bölgələrində Leninin heykəli götürülsə də, burada toxunulmaz qalıb. Görünür, heykəldə radiasiya fonu yüksək olduğundan toxunulmur. Çernobılda Pripyat şəhərindən fərqli olaraq nisbətən həyat, yaşayış hiss olunurdu. Burada bir neçə inzibati bina fəaliyyət göstərir. Növbəli şəkildə insanlar çalışır. AES-in reaktorlarına nəzarət edilir. Şəhərdə artıq günəş enerjisindən istifadə üçün panellər qoyulub.

Çernobıl AES-də günahkar olanların mühakiməsi də bu şəhərin məhkəmə binasında keçirilib. Həmin bina hazırda başqa məqsəd üçün istifadə edilir.

Sonda Nəzarət-Keçid Məntəqəsində radiasiya daşıyıcısı olub-olmadığımızı müəyyənləşdirmək üçün xüsusi cihazlardan keçirildik, avtomobil yoxlanıldı.

Ancaq bir sevindirici hal kimi deyə bilərəm ki, radiasiyanın vurduğu ziyana baxmayaraq, həmin ərazilərdə insanların yaşamaması vəhşi təbiətin gücünü bərpa etməyə başlayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Foto: Rüstəm Məmmədov

“Ölü” şəhərin bayramı – AZƏRTAC-ın Pripyat və Çernobıl şəhərlərindən REPORTAJI VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir