Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.