Ombudsman BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Bakı, 21 iyun, AZƏRTAC
Ombudsman Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva fəaliyyəti dövründə ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman təsisatına verdiyi dəstəyə görə Qulam İshaqzaiyə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən qonaq fəaliyyət dövründə ombudsman təsisatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. O, BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında təsisatın rolunun əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökumətinin imzaladığı 2021 - 2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi bu istiqamətdəki fəaliyyətə böyük təkan verəcək.
Sonda S. Əliyeva gələcək fəaliyyətində Qulam İshaqzaiyə uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [15:29]
“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib
- 05.09.2026 [15:21]
Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət
- 05.09.2026 [13:21]
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
- 05.09.2026 [12:53]
Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir
- 05.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]
ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər
- 04.09.2026 [23:43]
FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb
- 04.09.2026 [23:34]
ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik
- 04.09.2026 [23:14]
Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil
- 04.09.2026 [23:01]
Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb
- 04.09.2026 [22:59]
İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb
- 04.09.2026 [22:58]
Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub
- 04.09.2026 [22:39]
Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb
- 04.09.2026 [22:00]
Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
- 04.09.2026 [21:37]
Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib
- 04.09.2026 [21:05]
Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
- 04.09.2026 [20:24]
Bu saata olan əsas xəbərlər
- 04.09.2026 [20:00]
Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb
- 04.09.2026 [19:59]
Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib
- 04.09.2026 [19:35]