OMBUDSMAN İSMAYILLIDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə İsmayıllı rayonunda ictimai dinləmələr keçirmişdir.
İctimai dinləmələrdə Milli Məclisin bu bölgədən seçilmiş deputatları, rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, həmçinin digər qurumların nümayəndələri iştirak etmişlər.
Ombudsman MFP-nin icrası sahəsində görülən işlər barədə məlumat vermişdir. E.Süleymanova qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulamış, bununla bağlı dövlət orqanları qarşısında mühüm vəzifələrin durduğunu söyləmişdir.
Çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
E.Süleymanova İsmayıllı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmişdir. Baxış zamanı hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar faktları aşkar edilməmişdir.
Ombudsman səfər çərçivəsində İsmayıllı rayonunun İvanovka kəndində yaşayan əhalinin vəziyyəti ilə də maraqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]