ÖTƏN ALTI AYDA QAZAXDA 1.349 AİLƏYƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI TƏYİN OLUNMUŞDUR
Qazax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin altı ayı ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə müraciət edən 2.200 nəfər vətəndaşdan 1.990-nın sənədləri qeydiyyata alınmışdır.
Mərkəzdə fəaliyyət göstərən komissiyada isə 1.875 nəfərin ərizəsinə baxılmış, 1.790 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.