İQTİSADİYYAT
Özbəkistan KOB evləri və KOB inkişaf mərkəzlərinə maraq göstərir
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində təşkil olunmuş görüşdə agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib. Özbəkistan nümayəndə heyəti Kiçik və Orta Biznes evləri (KOB evləri) və KOB inkişaf mərkəzlərinin (KOBİM) fəaliyyətinə xüsusi diqqət göstərib və bu sahədə KOBİA-nın təcrübəsinin öyrənilməsinə marağını ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]
Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib
- 30.04.2024 [11:16]