CƏMİYYƏT
Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Özbəkistanın “Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və dövlət orqanlarının insan hüquqları və maraqlarının təmin olunmasında qarşılıqlı əlaqəsi” adlı Milli Forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi" çərçivəsində keçirilən Forumda Özbəkistan QHT-ləri bir sıra təqdimatlarla çıxış ediblər.
Milli Forumda Daşkənddə səfərdə olan Azərbaycan nümayəndə heyəti də qonaq qismində iştirak edib.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasına rəmzi olaraq tarixi Qarabağ xalçasının ornamentləri ilə işlənilmiş saat hədiyyə olunub.