PAKİSTAN DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN “SEÇKİLƏR”İ QƏTİYYƏTLƏ PİSLƏYİR
Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyindən aldığımız məlumatda bildirilir ki, avqustun 31-də PİR Xarici İşlər Nazirliyində Dağlıq Qarabağda “yerli özünüidarə orqanlarına seçkilərlə” əlaqədar brifinq keçirilmişdir.
Birifinqdə XİN-in mətbuat katibi Riyaz Məhəmməd Xan Pakistan hökumətinin rəsmi mövqeyini açıqlayaraq demişdir:
“Aldığımız məlumatlara görə, Dağlıq Qarabağdakı rejim sentyabrın əvvəllərində yerli inzibati orqanlara “seçkilər” keçirməyi planlaşdırır. Bu rejim beynəlxalq birlik tərəfindən tanınmır, onun tərəfindən dəstəklənmir və keçirəcəyi “seçkilər” qanuni qüvvəyə malik deyildir.
BMT-nin Təhlükəsizlik Şurası Erməni silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-sərtsiz çıxarılması haqqında müxtəlif qətnamələr qəbul etmişdir. Nəzərdə tutulmuş “seçkilər” problemin BMT-nin qətnamələri və beynəlxalq hüquq əsasında həll olunmasını əvəz edə bilməz. Pakistan Azərbaycanın Dağlıq Qarabağ məsələsi barəsində tutduğu mövqeyi tam şəkildə dəstəkləyir. Biz eyni zamanda inanırıq ki, BMT TŞ-nin bütün qətnamələri istisna edilmədən həyata keçiriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]