Pakistanın aeroportunda naməlum şəxs ətrafdakı insanları atəşə tutub
Bakı, 3 iyul, AZƏRTAC
Pakistanın Pəncab əyalətində yerləşən Lahor şəhərinin beynəlxalq aeroportunda naməlum şəxs ətrafdakı insanlara atəş açıb.
AZƏRTAC Pakistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Cinayətkarın saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir. Hazırda hava limanına əlavə polis qüvvələri cəlb olunub. Təhlükəsizlik səbəbindən aeroport ərazisinə avtomobillərin girişi qadağan edilib.
İnsident sərnişinlər arasında çaxnaşmaya səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]