“PALMALI” ŞİRKƏTİNİN İNŞA ETDİRDİYİ “NAXÇIVAN” GƏMİSİ VOLQA-DON KANALINA BURAXILDI
AZƏRTAC xəbər verir ki, həmvətənlərimizin Türkiyədə yaratdığı “Palmalı” şirkətinin sifarişi ilə Rusiyanın Volqoqrad gəmiqayırma zavodunda inşa edilmiş “Naxçıvan” gəmisi təntənəli şəraitdə Volqa-Don kanalına buraxılmışdır. Müasir tələblərə cavab verən və 7 min ton yük götürən “Naxçıvan” ilin əvvəlindən bəri şirkətin istismara qəbul etdiyi “Heydər Əliyev”, “Palmalı-Voyçer”, “İlyas Əfəndiyev” gəmilərindən sonra inşa etdirdiyi 4-cü nəqliyyat vasitəsidir. Bunlardan əvvəl “Palmalı”nın “Çingiz Mustafayev”, “Həzi Aslanov”, “Azəri”, “Qarabağ” gəmiləri də dünya sularında müxtəlif təyinatlı yükləri daşımaqla məşğul olur, bir sıra dövlətlərin, şirkətlərin sifarişlərini vaxtında, təhlükəsiz yerinə yetirir.
Təntənəli mərasimdə çıxış edən şirkətin vitse-prezidenti Maarif Mənsurov demişdir ki, zavod “Palmalı” üçün daha 3 gəmi inşa edəcəkdir. Bunlardan birincisi ilin sonunadək istismara veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]