Pandemiyadan zərərçəkmiş sahibkarlara 42,5 milyon manat subsidiya ödənilib
Bakı, 15 fevral, AZƏRTAC
Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində fevralın 1-dək pandemiyadan zərərçəkmiş sahibkarlara 42,5 milyon manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-a Sahibkarlığın İnkişafı Fondundan bildirilib.
Qeyd edək ki, özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ildən pandemiyadan zərərçəkmiş sahibkarlara kredit və subsidiya dəstəyi göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]