Paytaxtda 16 ağacın kəsilməsi nəticəsində təbiətə 9300 manat məbləğində ziyan dəyib
Bakı, 17 avqust, AZƏRTAC
Binəqədi rayonu, Mir Cəlal küçəsi, 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]