Paytaxtda daha 3 ünvanda yol təmiri işləri yekunlaşdırılıb
Bakı, 14 iyul, AZƏRTAC
Paytaxtda daha 3 ünvanda yol təmiri işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində yol infrastrukturunun müasirləşdirilməsi və vətəndaşların rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Ötən şənbə və bazar günləri paytaxtın daha üç ünvanında aparılan təmir işləri uğurla başa çatdırılıb.
Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində yol örtüyünün yenilənməsi ilə bağlı işlər həyata keçirilib. Təmir işləri gecə və gündüz saatlarında operativ şəkildə icra olunub. Görülən işlər nəticəsində həmin yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.
AAYDA tərəfindən paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, yolların texniki vəziyyətinin yüksəldilməsi və hərəkət iştirakçıları üçün əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]