Paytaxtda soyğunçuluq hadisəsinin üstü “isti izlər”lə açılıb
Bakı, 18 mart, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum edilən N.Mehdizadə olduğu müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]