PAYTAXTIN BƏZİ KÜÇƏ VƏ YOLLARINDA NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILACAQDIR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) AZƏRTAC-a bildirmişlər ki, iyulun 19-20-də təmir-tikinti işləri ilə əlaqədar Nobel prospekti boyunca “Amay” ticarət mərkəzinin arxasında X.Rüstəmov küçəsindən İ.Quliyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.
Şəhərin mərkəzindən Əhmədli, 8-ci kilometr, Zığ və Yeni aeroport şoseləri istiqamətində hərəkət Y.Səfərov, N.Rəfiyev, X.Rüstəmov küçələrindən Babək prospekti və Keşlə yolu ilə davam edəcəkdir.
Hövsan və Zığ tərəfdən hərəkət edən nəqliyyat vasitələrinin istiqaməti Gəncə prospekti İ.Quliyev küçəsi boyunca dəyişdirilərək “Ukrayna” dairəsi istiqamətində yönəldiləcəkdir.
BŞDYPİ sürücülərdən xahiş edir ki, qeyd olunan küçə və prospektlərdən mümkün qədər az istifadə etsinlər.