Pedaqoji Universitetdə bayram şənliyi
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi söyləyən rektor Cəfər Cəfərov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müəllim və tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə tələbələrin təqdimatında “Tərəkəmə”, “Xoşbəxtlik”, “Naxçıvani”, “Ləzginka”, “Dağlar gözəli” milli rəqsləri ifa edilib, tar və qarmonda milli musiqilər, “Popuri” və “Yeni il” mahnıları, “Cəngi” əsəri, “Arşın mal alan” operasından qızlar xoru səsləndirilib.
Şaxta baba və Qar qızın gəlişi tədbirə özünəməxsus rəng qatıb.