PEKİN YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏCƏK YUNAN-ROMA GÜLƏŞÇİLƏRİMİZ XÜSUSİ PROQRAMLA HAZIRLAŞACAQLAR
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yunan-Roma güləşçiləri Fərid Mansurovla (66 kq) Rövşən Bayramov (55 kq) bu yarışlara xüsusi proqramla hazırlaşacaqlar.
Hazırlıq prosesi 9-11 mayda Romada və 23-25 mayda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Olimpiya təsnifat turnirlərindən sonra başlanılacaqdır. Qarşıdakı lisenziya turnirlərində yenə Pekinə vəsiqə qazanan pəhləvanlar olacağı təqdirdə, onlar da F.Mansurov və R.Bayramovla birgə hazırlıq prosesinə qoşulacaqlar.
Xatırladaq ki, Fərid Mansurov və Rövşən Bayramov qarşıdakı lisenziya turnirlərində bir daha öz qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]