Pentaqon Rusiya və Çinin Amerika peyklərini təhdid edə biləcəyini iddia edir
Vaşinqton, 12 fevral, AZƏRTAC
Pentaqon “Kosmosda təhlükəsizlik problemləri” adlı hesabat dərc edib. Hesabat kosmosda Amerika mövqelərinin təhlükəsizliyi məsələlərinə və digər dövlətlər tərəfindən ehtimal olunan təhdidlərə həsr edilib.
AZƏRTAC xəbər verir ki, Hərbi Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan və Rusiya, Çin, İran və Şimali Koreyanın kosmik imkanlarının təhlil edildiyi hesabatda Amerika peyklərinə təhlükə yaratmaq məqsədilə Çin və Rusiyanın öz texnoloji imkanlarını genişləndirdiyi qeyd olunur. Hesabatın müəllifləri belə qənaətdədirlər ki, ABŞ peykləri kosmosda Amerikanın mövqeyini zəiflətmək məqsədilə xarici lazerlər vasitəsilə məhv edilə bilər.
Hesabatda Rusiyanın və Çinin peyk əleyhinə silahları, o cümlədən radioelektron mübarizə sistemi, istiqamətlənmiş enerji silahı və peyk əleyhinə kinetik raketlər barədə ətraflı məlumat təqdim olunur. Belə ki, Amerika peykləri hər yerdə mühüm rol oynayırlar. Naviqasiya, silahın istiqamətləndirilməsi və kəşfiyyat məlumatlarının toplanılmasından başlayaraq, Şimali Koreyada nüvə silahı proqramının izlənilməsi və Rusiya ilə Çinin hərbi fəaliyyətinin monitorinqi də daxil olmaqla, ABŞ mövqelərinin kosmosda təhlükəsizliyi prioritet məsələlərdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]