CƏMİYYƏT
Peşə-Əmək Reabilitasiya Mərkəzində 605 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
![Peşə-Əmək Reabilitasiya Mərkəzində 605 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib](/files/2024/1/1200x630/1706356033381983672_1200x630.jpg)
Bakı, 27 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2023-cü ildə 605 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan əlilliyi olan 362 gənc kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, dulusçuluq, kulinariya və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.
Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Hazırda Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində 141 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.
İndiyədək ölkəmizin bütün bölgələri üzrə 3055 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [12:42]
“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib
- 03.07.2024 [12:33]
İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür
- 03.07.2024 [11:54]
FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib
- 03.07.2024 [11:41]
BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb
- 03.07.2024 [11:14]
Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb
- 02.07.2024 [22:37]
Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var
- 02.07.2024 [22:31]
Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 02.07.2024 [22:06]
Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb
- 02.07.2024 [22:02]