“Petkim” Əliağa Dövlət Xəstəxanasına tibbi cihazlar hədiyyə etmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki ən böyük aktivi olan “Petkim” neft-kimya holdinqinin yerləşdiyi İzmir vilayəti və Əliağa bölgəsinin ictimai həyatında mühüm rol oynayır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, holdinq Əliağa Dövlət Xəstəxanasına müasir ultrasonoqrafiya və qulaq-burun-boğaz müayinəsi cihazları bağışlamışdır.
Bu münasibətlə keçirilmiş mərasimdə “Petkim”in, Əliağa bölgəsinin, Dövlət Xəstəxanasının təmsilçiləri iştirak etmişlər. Tədbirdə çıxış edən Əliağa Dövlət Xəstəxanasının baş həkimi Salim İdris Keleşoğlu bildirmişdir ki, “Petkim”in hədiyyəsi Əliağa və ətraf vilayətlərdən xəstəxanaya müraciət edən vətəndaşların daha tez müayinə olunması üçün çox qiymətlidir. Əliağa vilayətinin səhiyyə məsələləri üzrə rəhbəri Özkan Orhun müasir tibbi avadanlıqlarla təchiz olunmuş ən yaxın xəstəxananın Əliağa vilayətindən 1 saatlıq məsafədə olduğunu qeyd etmiş, “Petkim”in hədiyyəsini yüksək qiymətləndirmişdir. “Petkim”in baş direktorunun İnsan resursları üzrə köməkçisi Ali Rıza Esmen təmsil etdiyi şirkətin ictimai məsuliyyət sahəsində fəaliyyətindən söz açaraq, bildirmişdir ki, “Petkim” indiyədək bölgədə 5 məktəb inşa etdirmişdir. 2012-ci ildə fəaliyyətə başlamış Heydər Əliyev adına texniki və sənaye peşə liseyi isə bölgədə təhsil və sənayenin inkişafına daha böyük dəstək olmuşdur. O, bölgənin sosial həyatına xidmət və yardımların bundan sonra da davamlı olacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]