“Poliqon” intellektual oyunu üzrə III universiadaya yekun vurulub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Poliqon Dostlar Klubunun və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə “Poliqon” intellektual oyunu üzrə III universiadanın final mərhələsi keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, final mərhələsində müxtəlif təhsil müəssisələrindən 18 komanda iştirak edib.
Yarışın yekununda “GentleMans”, “Queentett” və Naxçıvanın “Diplomat” komandası müvafiq olaraq ilk üç yerə layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıblar.