Polşada ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkədə fəaliyyət göstərən “Odissey” cəmiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə yerli idarəetmə qurumlarının nümayəndələri, Polşada fəaliyyət göstərən ictimai təşkilatların təmsilçiləri, “Ruroçongi” aylıq iqtisadi dərgisinin redaksiya heyəti, incəsənət xadimləri və başqaları iştirak etmişlər.
Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbindən sonra yenidən hakimiyyətə gəlişi, o dövrdə regionun siyasi vəziyyəti, ulu öndərin neft strategiyası, Avropanın enerji təhlükəsizliyi sistemində ölkəmizin tutduğu mövqe, eləcə də Azərbaycan-Polşa münasibətləri haqqında ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən “Odissey” cəmiyyətinin rəhbəri V.Mixalovski da ulu öndərin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu haqqında ətraflı danışmışdır.
Sonra V.Mixalovskinin müəllifi olduğu “Heydər Əliyev haqqında” kitab tədbir iştirakçılarına paylanmışdır. Müəllif kitabının yazılmasının səbəbini ümummilli liderə olan məhəbbəti ilə əlaqələndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:42]