Polşanın Baş naziri: Aİ real çağırışlar əvəzinə, xəyali problemlərə köklənib
Varşava, 30 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) real çağırışlar əvəzinə, xəyali problemlərə köklənib.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski ölkəsinin hazırda Aİ institutları ilə gərginliyini şərh edərkən bildirib. “Polşa Avropa İttifaqını tərk etmir” sərlövhəli məqaləsində Baş nazir Aİ ilə hüquqi dövlətçilik mübahisəsində ölkəsinin mövqeyini açıqlayıb. Eyni zamanda, o, yaranmış gərginliyin Polşa hökumətinin ölkəni Aİ üzvlüyündən çıxarmaq üçün gizli planı olmasına dair fərziyyələri də təkzib edib.
Xatırladaq ki, milli qanunvericiliyin Avropa qanunlarından üstün tutulmasına dair Polşa Konstitusiya Məhkəməsinin qərarından sonra Aİ və Polşa arasında hüquqi müstəvidə gərginlik kəskinləşib. Avropa Komissiyası müvafiq dəyişikliklər edilməyəcəyi təqdirdə, Polşanı pandemiyadan sonrakı inkişaf fondundan ayrılacaq yardımlardan məhrum etməklə hədələyib.
Lakin M. Moriavetski məqaləsində yazıb ki, Polşa Aİ-dən çıxmaq niyyətində deyil. Amma Brüsseldən “öz fikirlərini müdafiə edən” üzv dövlətləri qorxutmaq və cəzalandırmaqdan əl çəkməsini istəyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]