Portuqaliya Ukraynanın yenidən qurulmasına 137 milyon dollar verəcək
Bakı, 29 may, AZƏRTAC
İki ölkə arasında imzalanmış razılaşmaya əsasən, Portuqaliya Ukraynanın yenidən qurulması üçün 137 milyon dollar verəcək.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Portuqaliyaya səfəri zamanı tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq haqqında onillik saziş imzalayıblar.
Zelenski dəstəyə görə minnətdarlığını bildirib və Portuqaliyanı ölkəsinin yenidən qurulmasında tərəfdaş adlandırıb.
“Bu onillik müqavilə müharibənin 10 il davam edəcəyi anlamına gəlmir, bu, Ukraynanın yenilənməsi, reabilitasiyası və humanitar yardımı əhatə edən strateji sazişdir”, - deyə Ukrayna Prezidenti bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]