Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [19:01]
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
- 14.09.2026 [18:37]
Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib
- 14.09.2026 [17:46]
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO
- 14.09.2026 [15:40]