Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin açılışında iştirak etmişdir

Ağstafa, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, “Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaqdır. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncərə” rolunu oynayacaqdır. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif ediləcəkdir.

Diqqətə çatdırıldı ki, cəmiyyətin inzibati bölməsi də yüksək tələblər səviyyəsində qurulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağstafa rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. İnzibati bölmədə iki bufet, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, laboratoriya fəaliyyət göstərir.

Bildirildi ki, ümumi sahəsi bir hektardan çox olan “Ağstafa Aqroservis” MMC-nin tikintisinə 2010-cu ilin iyununda başlanılmışdır. Müəssisəyə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan və müasir standartlara cavab verən texnika və avadanlıq alınmışdır. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnika vardır. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir.

Qeyd olundu ki, bu cür kənd təsərrüfatı texnikaları Cənubi Qafqazda yalnız “Ağstafa Aqroservis” MMC-də vardır. Müasir tələblər səviyyəsində hazırlanan bu texnikaların tətbiqi ilə daha az yanacaq və vaxt sərf etməklə yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Buradakı texnikanın əksəriyyəti, eyni zamanda 4-5 əməliyyat yerinə yetirə bilir. Müəssisənin ixtiyarında üç mobil servis maşını da vardır. Almaniyada istehsal olunan bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyuter və digər zəruri avadanlıqla təchiz edilmişdir.

Dövlətimizin başçısı müəssisənin anbarı ilə də tanış oldu.

Məlumat verildi ki, burada fermerlərə kimyəvi və orqanik maddələr təklif olunur. Anbarda boytənzimləyici, torpaqların xüsusiyyətlərinə uyğun gübrələr, alaq otlarına qarşı maddələr, həmçinin yüksək keyfiyyətli buğda və arpa toxumları vardır. Fermerlərə müəssisənin mütəxəssisləri tərəfindən aqrar işlərlə bağlı məsləhətlər verilir və onların hazır məhsulları alınır.

Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin strukturu, müəssisənin göstərdiyi xidmətlər və aqrotexniki tədbirlərin qiymət cədvəli ilə tanış oldu. Bildirildi ki, 30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafa rayonunda deyil, Qazax və Tovuz ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.

Dövlətimizin başçısına gələcəkdə “Ağstafa Aqroservis” MMC-nin tərkibində yaradılacaq “Taxıl anbarı, emalı və un istehsalı” bölməsi barədə də məlumat verildi. Burada aqrar laboratoriyanın yaradılması, ümumi saxlama gücü 30 min ton olan üç taxıl və 6 min tonluq üç toxum anbarının tikintisi nəzərdə tutulmuşdur. Bundan başqa, ümumi sahəsi 6 min hektar olan taxılçılıq təsərrüfatının yaradılması qarşıya məqsəd qoymuşdur. Avadanlığı Almaniya istehsalı olan dəyirmanın və saatda 10 ton istehsal gücünə malik çörək-qənnadı zavodunun tikilməsi planlaşdırılır. Müəssisədə 28 nəfər işlə təmin ediləcəkdir.

Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində inşa ediləcək “Ağstafa Süd” ASC-nin layihəsi ilə də tanış oldu.

Bildirildi ki, layihənin məqsədi Ağstafa rayonunda özündə yem və heyvandarlıq təsərrüfatları, süd emalı zavodunu birləşdirəcək südçülük kompleksinin yaradılmasıdır. Kompleks yem, heyvandarlıq təsərrüfatları və emal gücü saatda 5 ton olan süd zavodunu özündə birləşdirir.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2,7 min hektar olan yem təsərrüfatında yonca, arpa, buğda, qarğıdalı əkiləcəkdir. Bununla da kompleksdə heyvandarlıq təsərrüfatı üçün il ərzində tələb olunan yemin 95 faizi bu təsərrüfatda istehsal ediləcəkdir. Kompleksin heyvandarlıq təsərrüfatında 6630 baş mal-qara bəslənilir ki, onların arasında xaricdən gətirilən cins inəklər də vardır.

Dövlətimizin başçısı Almaniyada istehsal edilən “Kompakt-Soliter 9” əkin aqreqatının iş prinsipi ilə tanış oldu.

Qeyd edildi ki, dünyanın ən müasir aqrar texnikalarından olan bu aqreqatın işçi eni 6 metr, gavahının cərgələri 48, toxum bunkerinin həcmi 4,5 tondur. Cənubi Qafqazda bənzəri olmayan bu avadanlıq, eyni zamanda, 5 əməliyyat həyata keçirə bilir.

Prezident İlham Əliyevə ilk dəfə burada istehsal olunan üç buğda və bir arpa toxumu barədə məlumat verildi. Dövlətimizin başçısı toxumların istehsal məqsədi, növü, əkin regionları, əkin vaxtı, həmçinin tərkib sıxlığı ilə tanış oldu.

“Ağstafa Süd” ASC-nin maketi ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, buradakı süd emalı zavodunda istehsal ediləcək çoxçeşidli məhsullar həm daxili bazara, həm də Avropa bazarlarına çıxarılacaqdır. Bütövlükdə regionun iqtisadi inkişafına töhfə verəcək müəssisədə ümumilikdə 114 nəfər işlə təmin olunacaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, layihə üç mərhələdə reallaşdırılacaqdır. Artıq birinci mərhələ başa çatmışdır. İkinci mərhələyə isə avqustda start veriləcəkdir.

Müəssisənin fəaliyyəti və gələcək layihələrlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib