Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib- ŞƏRH

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib-  ŞƏRH

Bakı, 23 dekabr, AZƏRTAC

Bu gün böyük inamla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Son 21 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edərək qarşıda dayanan vəzifələrin uğurlu icrası, Azərbaycanın daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildə həyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarına söykənərək bir daha bu reallıqlara diqqəti yönəltdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.

Müasir dövlətçilik tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi Prezident İlham Əliyevə etimadını təkrarladı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. İlham Əliyevin Prezident kimi fəaliyyət başladığı ilk günlərdən imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu. Ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli Dövlət Proqramları qəbul olundu. Respublikamızın sosial-iqtisadi inkişafının dinamikası, strategiyası dəqiqliklə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı. Atılan bu addımların təməlində insan amili dayanır. Dövlətimizn başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bu strategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam tərkib istifadəyə verildi.

V.Rəhimzadə vurğulayıb ki, ölkəmizin dünyanın enerji və nəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının Azərbaycanı “yaşıl enerji” ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən dəstəklənir, tanınmış ölkələrin, investorların alternativ enerji layihələrinə marağı artırır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkib hissəsi idi. Son 21 ildə neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələn layihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan dünyaya əməkdaşlığın yeni modelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsinin nəticəsində davamlı iqtisadi inkişafa nail olur. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunması bu gün dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.

Milli Məclisin deputatı bildirib ki, 21 ilin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digər sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd etməliyik. Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatın, güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərin mövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir. Bu birlik Azərbaycanı yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Sülh danışıqları səmərə vermədiyi təqdirdə məsələnin hərb yolu ilə həlli qaçılmazdır. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə söykənən siyasəti, bütün sahələrdə qazandığı uğurlar, güclü ordu, xalqımızın birliyi, həmrəyliyi, eyni zamanda, diplomatik mübarizədə qələbə idi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan rəşadətli Ordumuz ilk gündən qələbə müjdələri ilə gücünü, qüdrətini nümayiş etdirdi. 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək Prezident-Xalq-Ordu birliyinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan belə Azərbaycana təhvil verildi. Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri bəllidir. Bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20 sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.

Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinə qovuşması özündə bütün məqamları ehtiva edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Uğurlarımızın miqyası genişdir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev hər bir vədini əməldə təsdiq etməklə bu çağırışını təsdiqləyir ki, biz nəyi deyiriksə, onu da edirik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri görülən işlərlə tanışlıq, yeni sosial obyektlərin açılışına və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunur. Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycan amili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərə doğru inamla addımlayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH