Prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.