Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun ikinci final partiyasında da qələbə qazandı
Bakı, 2 oktyabr, AZƏRTAC
Otuz doqquz yaşlı rusiyalı qrossmeyster Pyotr Svidler həmvətəni Sergey Karyakin üzərində ikinci dəfə qələbə qazanmaqla, Dünya Kuboku yarışlarının final mərhələsində irəli çıxıb.
AZƏRTAC xəbər verir ki, S.Karyakin 38-ci gedişdən sonra məğlubiyyəti ilə barışıb. Matçda hesab 2:0-dır.
Final mərhələsinin klassik vaxt nəzarəti rejimində nəzərdə tutulan dörd görüşündən üçüncüsü sabah keçiriləcək.
Qeyd edək ki, finalda dörd klassik partiya oynanılandan sonra qalib müəyyən olunmasa, rəqiblər tay-breykdə görüşəcəklər.