Qaçqın və məcburi köçkünlər üçün “Yeni Sumqayıt” qəsəbəsi salınacaqdır
Bakı, 14 may (AZƏRTAC). Qaçqın və məcburi köçkünlər üçün “Yeni Sumqayıt” adlı qəsəbə salınacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov demişdir.
Ə.Həsənov bildirmişdir ki, bu qəsəbə Sumqayıtdakı məktəb və bağçalarda məşkunlaşmış qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. Yeni yaşayış məskəninin Sumqayıtdakı “İnşaatçılar” qəsəbəsinin yerində salınmasının nəzərdə tutulduğunu deyən komitə sədri hazırda orada yaşayan insanların başqa yerə köçürülməsi ilə bağlı şəhər icra hakimiyyəti ilə danışıqların aparıldığını bildirmişdir.
Komitə sədri qeyd etmişdir ki, “İnşaatçılar” qəsəbəsindəki mənzillər çox köhnəldiyindən, onların sökülərək yerində yeni binaların tikilməsi ilə bağlı razılıq alınmışdır. Tikinti işlərinə bu ilin sonunadək başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]