Qadınlardan ibarət yığma komandanın kapitanı: Komandamızdan daha böyük nəticələr gözləyirik
Bakı, 13 fevral, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycan çempionatı maraqlı mübarizə şəraitində keçdi. Bu yarışlarda Günay Məmmədzadə və Xanım Balacayeva yaxşı oynadılar. Mən və Gülnar Məmmədovanın oyunları uğurlu alınmadı. Hollandiyadan yarışdan yenicə qayıtmışam və məncə yorğunluq öz
Bu sözləri AZƏRTAC-a şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının yekunları ilə bağlı müsahibəsində Zeynəb Məmmədyarova deyib.
Qadınlardan ibarət yığma komandanın kapitanı ölkə çempionatında gənc şahmatçıların inamla mübarizə apardıqlarını bildirib: “Ölkə çempionatında gənc şahmatçılar inamla mübarizə aparıb maraqlı oyun nümayiş etdirdilər. Onların arasında Gövhər Beydullayeva, Sumqayıt şahmatçısı Səmra Qasımovanı qeyd edə bilərəm. Sevindirici haldır ki, artıq gənc şahmatçılarımız arasında çoxlu perspektivli oyunçular yetişib. Gələcəkdə komandamızdan daha böyük nəticələr gözləyirik”.