Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara Yanvar səssizliyini yaran həqiqət

Qara Yanvar səssizliyini yaran həqiqət

Bakı, 19 yanvar, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov çətin informasiya blokadası şəraitində 20 Yanvar faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün Reza Deqatinin Bakıya səfəri və hadisə yerindən çəkilmiş foto və videomaterialları gizli şəkildə ölkədən çıxararaq beynəlxalq media qurumları ilə bölüşməsi barədə məlumatları AZƏRTAC-la bölüşüb.

20 yanvar 1990-cı il. Tarixə Qara Yanvar kimi düşən qanlı hadisələr, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin açıq-aşkar pozulması, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də bu işdə sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsində erməni radikallarının apardığı aqressiv separatçı fəaliyyəti regionda gərginliyi kəskin şəkildə artırmışdı. Bu siyasətin nəticəsi olaraq yüz minlərlə Azərbaycanlı zorakılıqla Ermənistandan qovulmuş və Azərbaycanda sovet hakimiyyətinə qarşı güclü milli azadlıq hərəkatı formalaşmağa başlamışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusunun tank və zirehli texnika ilə təchiz olunmuş hissələri Bakıya daxil oldu və heç bir xəbərdarlıq edilmədən dinc əhaliyə — qadınlara, uşaqlara və yaşlılara qarşı atəş açılıb. Sovet ordu hissələri etiraz aksiyalarını qəddarlıqla yatırır, mülki əhaliyə qarşı zorakılıq törədiblər. Bu amansız hərbi əməliyyat nəticəsində 147 mülki şəxs öldürülüb, 740-dan çox insan yaralanıb. Həlak olanlar arasında ailəmiz üçün ağır itki də var idi — dayım Nərimanın adını daşıyan 14 yaşlı nəvəsi də bu gülləbaranın qurbanı olub.

Sovet hakimiyyəti bu hadisələrlə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün bütün rabitə vasitələrini kəsmiş, mətbuat üzərində tam nəzarət qoyumuşdu. Həqiqəti dəmir pərdə arxasında gizli saxlamaq üçün xarici mətbuat nümayəndələrinin Bakıya girişinə qadağa qoyulmuşdu.

O çətin yanvar günlərində, senzura və təzyiqlərə baxmayaraq köhnə dostum Reza Deqatinin Bakıya gizlicə gələrək baş verənləri dünyaya çatdırmaq cəhdi sanki bir Hollivud ssenarisini xatırladırdı. Lakin bu, tamamilə real bir hadisə idi. Cəsarətə, mənəvi məsuliyyətə və Bakıda baş verənlərin dünya ictimaiyyətinə çatdırmaq üçün sarsılmaz inama əsaslanan bir addım idi.

1990-cı ilin yanvar ayının o soyuq qış günlərində Reza Parisdən Bakıda baş verən hadisələri izləməyə çalışırdı. Hadisələrin təhlükəli məcraya yönəldiyini hiss edən Reza, Fransa televiziya şirkətində çalışan operator dostu Əhməd Sel ilə əlaqə saxlayaraq Bakıya getməyi təklif etdi. Səfər planına əsasən Əhməd videoçəkilişlər edəcək, Reza isə fotoşəkillər çəkəcəkdi.

Reza, eyni zamanda, Strasburq Universitetinin professoru, Azərbaycanəsilli tanınmış alim və türkoloq İren Melikoffun qızı Şirin Melikoffu da onlara qoşulmağa dəvət etdi. Şirin fransız dili ilə yanaşı rus və Azərbaycan dillərini mükəmməl bilirdi və bu da sovet təhlükəsizlik orqanlarının şübhələrindən yayınmaq baxımından son dərəcə vacib idi.

Parisdəki sovet səfirliyinin uzun sürən viza proseduruna baxmayaraq, o dövrdə Azərbaycanın UNESCO yanında nümayəndəsi olmuş Ramiz Abutalıbovun köməyi sayəsində Rezanın komandası 20 yanvar tarixinədək öz vizalarını ala bildi. Sovet rəsmiləri Rezagilin səfərini Bakıda baş verən faciə ilə əlaqələndirə bilməmişdilər, çünki viza müraciəti hadisədən iki gün əvvəl olmuşdu. Onlar Rezanın məşhur fotoqraf olduğunu və Moskvada fotoçəkiliş aparmaq niyyətində olduğu qənaətində idilər.

Bunun ardınca Reza Moskvada yaşayan, hələ 1988-ci ildən tanıdığı Rüstəm İbrahimbəyov ilə əlaqə saxladı. Rüstəm İbrahimbəyov Rezaya Bakıda vəziyyətin son dərəcə ciddi olduğunu bildirdi: “Bu çox pis bir vəziyyətə çevrilə bilər”.

Reza ona iki dostu ilə birlikdə Moskvaya gələcəyini və daha ətraflı məlumat almaq üçün görüşmək istədiyini bildirdi. Rüstəm İbrahimbəyov onları gözləyəcəyini deyərək əlavə etdi ki, “bizimkilər artıq şəhərə daxil olublar” — yəni sovet qoşunları artıq Bakıya yeridilmişdi.

Reza və onun iki həmkarı 21 yanvar tarixində Moskvaya gəldilər. 1990-cı il yanvarın 22-də isə CNN, “Reuters”, AP, BBC, ABC, NBC, CBS kimi dünyanın ən nüfuzlu media qurumlarını təmsil edən 50-dən çox beynəlxalq jurnalist və fotoqraf Moskvada otelə yerləşmişdi. Reza da öz həmkarları ilə birlikdə onların arasında idi. Media nümayəndələri Bakının küçələrində nümayişlərin keçirildiyini və sovet qoşunlarının şəhərə daxil olduğunu artıq eşitmişdilər. Bu isə Bakıya getməyi son dərəcə təhlükəli etmişdi.

Həmin axşam otelə qayıtdıqdan sonra xəbər yayıldı ki, Moskvanın mətbuat üzrə rəsmiləri bütün jurnalistləri 23 yanvar tarixində Bakıya aparmaq üçün xüsusi uçuş təşkil edəcəklər. Onlara səhəri gün saat 9:00-da otelin foyesində toplaşmaq tapşırıldı. “Time” jurnalının tapşırığı ilə Əfqanıstanda mücahidlərlə birlikdə beş il çalışmış Reza öz təcrübəsindən belə bir nəticə çıxarmışdı: “Sovet rəsmiləri cazibədar təkliflər irəli sürəndə, onlara heç vaxt inanma”.

Səhəri gün Reza xarici jurnalistlərlə birlikdə Bakıya üç saatlıq uçuş əvəzinə, 48 saat davam edən yerli qatarla yola düşmək qərarına gəldi.

Rezanın Paris komandası nəzarətçilərin diqqətindən yayınmaq üçün əllərindən gələni edirdilər — yerli sakinlər kimi geyinərək, mümkün qədər adi və diqqət çəkməyən görünməyə çalışdılar.

Rezanın çəkiliş qrupu 24 yanvar tarixində Bakıya çatdı. Qatar vağzala çatarkən Reza sərnişinlərin düşməsini gözləyən sovet əsgərlərini görəndə onu dərin bir həyəcan bürüdü. Bu, sanki casusluq filmindən bir səhnəni xatırladırdı — fərq yalnız onda idi ki, bu, kino deyil, real həyat, Reza isə hadisələrin düz mərkəzində idi.

Sərt görkəmli, qalın palto və kürk papaqlarda olan rus əsgərləri, avtomat silahları ilə sərnişinlərdə qorxu və hədə hissi yaradırdı. Reza tutulmaqdan qorxmurdu. Onun ən böyük qorxusu həqiqəti çatdıra bilməmək idi — xüsusilə, azərbaycanlı olduğu üçün bu hekayənin dünyaya çatdırılmasında iştirak etməyi özünə mənəvi borc sayırdı.

Elə bu vaxt Reza izdihamın içində Eleonora Hüseynovanı gördü — o, Azərbaycanın müstəqillikdən sonra Fransadakı ilk səfiri olmuşdu. Eleonora xanım Rezagili qarşılamağa iki rəfiqəsi ilə birlikdə gəlmişdi. O, əlində bir dəstə qızılgül, Rezanı qucaqlayaraq qulağına pıçıldayır: “Kameraları və baqajı kupedə qoy. Mənimlə birlikdə çıx. Heç nə götürmə”.

Eleonora xanım qolunu Rezanın qoluna keçirir, digər xanımlar isə Əhməd və Şirini qarşılayırlar. Əllərində gül dəstələri olan xanımlar, sanki uzun ayrılıqdan sonra qovuşan sevgililər kimi davranaraq, əsgərlərin uzun cərgəsinin yanından rahatlıqla keçirlər. Onların bu cür davranışı sovet əsgərlərinin baxışlarlında — “sizə toxunmayacağıq, yolunuza davam edin” təəssüratı yaradırdı.

Belə bir ssenarinin həyata keçirilməsində Rezagilə Rüstəm İbrahimbəyov və Ramiz Abutalıbov yardımçı olmuşdular.

Rezanın çəkiliş qrupunu kənarda gözləyən avtomobil onları Bakıdakı dostlardan birinin evinə apardı.

Həmin axşam Reza Eleonora xanım və dostları ilə bir araya gələrək baş verənləri müzakirə etdilər və onları şəhərin müxtəlif nöqtələrinə aparmaq planlarını qurdular. Hamı bu missiyanın nə qədər vacib olduğunu anlayır və həqiqəti dünyaya çatdırmaq üçün hadisələrin harada, necə və niyə baş verdiyini, qoşun və tankların hansı ərazilərdə yerləşdiyini dəqiqləşdirməyə başladılar.

Ertəsi gün hər an tutulma riskini nəzərə alaraq biri Reza, digəri isə Əhməd üçün olan iki avtomobildə çəkiliş qrupu Bakının müxtəlif yerlərinə yollandılar. Əhmədin əlində ovuc içinə sığan kiçik Sony videokamerası var idi. Rezanın isə iki fotoaparatı vardı — biri kiçik, digəri isə daha iri. O, həmişə ehtiyat tədbiri olaraq kameralarından birini evdə saxlayırdı ki, digərinin müsadirə edilməsi, oğurlanması və ya sıradan çıxması hallarında çəkiliş imkanını əldən verməsin.

Reza və Əhməd ilk olaraq xəstəxanalara yollandılar. Palatalar həddindən artıq dolu idi, yaralılar və ölüm ayağında olan insanlar dəhlizlərdə, nəzarətsiz vəziyyətdə uzanmışdılar. Onlar bilirdilər ki, xəstəxanalara daxil olmaq çətin olacaq, çünki girişlər mühafizə olunurdu. Reza xəstəxanaya girmək üçün bir neçə gün əvvəl əməliyyat olunmuş dostunu axtardığını bildirərək, onun nə yaralı, nə də son hadisələrlə heç bir əlaqəsinin olmadığını söyləyirdi.

Reza və Əhməd kamera avadanlıqlarını özləri daşıyaraq xəstəxanaya daxil olmağa cəsarət etmirdilər. Buna görə də onları müşayiət edən şəxslərdən biri əvvəlcə təkbaşına içəri girir, vəziyyəti yoxlayır, sonra isə yaşlı bir qadını razı salaraq onu çölə çıxarırdı. Reza və Əhmədin çantaları həmin qadının iri torbasına qoyulur, beləliklə onlar heç bir şübhə doğurmadan xəstəxananın girişindən keçə bilirdilər.

Rezagil üçün ən təhlükəsiz çəkiliş yeri əməliyyat otaqları idi. Onları müşayiət edənlər əvvəlcə otağın təhlükəsiz olub-olmadığını yoxlayırdılar. Əgər risk yox idisə, Reza və Əhməd içəri girir, qapını örtür və sürətlə çəkiliş aparırdılar.

Sonra Reza və Əhməd tankları çəkmək üçün yola düşdülər, lakin açıq məkanda çəkiliş aparmaq çox çətin bir məsələ idi.

Buna görə də tankların olduğu ərazilərə baxan binalardan çəkiliş aparmaq lazım idi. Müşayiət edənlər vəziyyəti yoxladıqdan sonra çəkilişin mümkün olduğunu bildirir və çəkiliş qrupu yuxarı mərtəbələrə qalxırdı. Bununla belə kameralar yenə də özlərində olmur və bir qədər sonra çantalar ayrıca gətirilirdi. Mənzildən görünüş nə qədər aydın olsa da, onlar bunun son dərəcə riskli olduğunu anlayırdılar - sovet əsgərləri onları aşağıdan görə bilərdi.

Buna görə də çox cəsarətli bir plan irəli sürərək evin xanımının balkona çıxıb pəncərələri yuyurmuş kimi davranması lazım idi. O, şüşəni silmək üçün qollarını qaldıran anda, Reza və Əhməd həmin xanımın yaratdığı imkandan istifadə edərək kameraları aşağıda dayanan sovet əsgərləri və tanklara tuşlayaraq çəkilişlər aparırdılar. Qadının bədəni onları əsgərlərin baxışından gizlətsə də, bu, olduqca təhlükəli idi — çünki o günlərdə günahsız insanlar balkonlarda güllələnirdi. Buna baxmayaraq, insanlar bu riski qəbul edir və lazım olan çəkilişlərin həyata keçməsinə dəstək olurdular.

Daha sonra çəkiliş qrupu morqa yollandı. Lakin giriş üçün şəxsiyyət vəsiqələri yoxlanılır, meyitləri tanımağa gələn hər kəsin adı siyahıya alınırdı. Bununla belə, insanların daxil ola biləcəyi bir otaq vardı. Otağın mərkəzindəki masanın üzərində cəsədlərin fotoları düzülmüşdü. İnsanlar içəri girir, şəkillərə baxaraq öz doğmalarını axtarırdılar.

Səhərisi gün Şəhidlər xiyabanında möhtəşəm bir izdiham toplaşmışdı. Bu, Reza üçün xalqın arasında olmaq, insanların yaşadığı dərin kədəri, qüruru və qəzəbi birbaşa hiss etmək baxımından nadir bir imkan idi. Reza bilirdi ki, burada nisbətən sərbəst şəkildə çəkiliş aparmaq mümkün olacaq. Hətta yanında dayanan şəxs DTK əməkdaşı olsa belə, izdihamın reaksiyasından qorxduğu üçün heç kim problem yaratmağa cəsarət etməyəcək. Bununla belə onlar, hətta kiçik bir “qaçış ssenarisi” də qurmuşdular ki, izdiham dağılmamış oradan uzaqlaşmaq mümkün olsun və kimsə onları izləyə bilməsin.

Şəhidlər xiyabanındakı çəkilişlərdən sonra komanda kifayət qədər material topladı. Onlar artıq üç gün idi ki, Bakıda çəkiliş aparırdılar və ölkəni tərk etməyin vaxtı çatmışdı. Qısa müddət ərzində Rezanın dostları saxta giriş vizaları və Moskvaya uçuş biletləri hazırladılar.

Bakıda çəkilişlər zamanı olduğu kimi, Rezanın Paris komandası ölkədən çıxışın təşkili də daxil olmaqla, onları müşayiət edən insanlara tam etibar etməli idi. Bu dəfə də çəkiliş qrupu kameraları, videolentləri və plyonkaları təyyarədə özləri ilə aparmadılar. Bütün bu avadanlıqlar ayrıca təyyarəyə daşındı, lakin bunu kimlərin etdiyini onlar bilmirdilər.

Yolboyu iki rus qızı onlara yaxınlaşıb söhbət etməyə başladı. Bu çox şübhəli bir vəziyyət idi, çünki sarışın rus qadınları - DTK agentləri barədə bir çox hekayələr dolaşırdı. Reza öz-özünə düşünürdü ki, onları çox güman ki, tutdular. Qızlardan biri Azərbaycan dilində danışaraq, film və fotoqrafiyadan söz açdı və bu söhbət onları ciddi şəkildə qorxutdu. Reza fotoqrafiya ilə bağlı bildiklərini qətiyyətlə inkar etdi. Lakin sonradan məlum oldu ki, məhz bu qızlar onların avadanlıqlarını çamadanlarında daşımaqla onlara kömək edən sərnişinlər imiş.

Moskvada otelə qayıtdıqdan sonra çəkiliş qrupu plyonkaları qızlardan aldı və dərhal hava limanına yollandı.

Reza sonradan beynəlxalq media nümayəndələrinin Bakıya uçuşu ilə əlaqədar nə baş verdiyini də öyrəndi. Onun əvvəlcədən şübhələndiyi kimi, heç bir jurnalist Bakıya gəlib çıxa bilməmişdi. Məlum oldu ki, təyyarə havada olarkən pilot elan edib ki, guya Bakı hava limanı bağlanıb və o, təyyarəni ən yaxın hava limanına yönəltməli olacaq. Təsadüfən bu hava limanı Ermənistanın paytaxtı İrəvan olub. Məhz orada sovet mətbuatı Azərbaycandan yenicə gəlmiş erməni qaçqınlarını beynəlxalq mediaya çıxarmaq üçün hazırlamışdı ki, onlar “azərbaycanlıların nə qədər qəddar olduğu” barədə öz versiyalarını danışsınlar.

Beləliklə, sovetlər beynəlxalq mətbuatı bir daha aldatmışdı. Jurnalistlərin öz ölkələrinə apara bildikləri yeganə hekayə sovetlərin qaçqın ermənilər barədə istədiyi hekayə oldu. Bu isə “itaətsizlik göstərən azərbaycanlıları” susdurmaq üçün qoşun yeridilməsinin “haqlı” olduğunu əsaslandırmağa xidmət edirdi.

Tədricən media qurumlarına aydın oldu ki, Bakıya daxil ola bilən yeganə jurnalist qrupu Rezanın komandası olub.

Reza etiraf edir ki, dünyanın ən çətin bölgələrində illərlə çalışmasına baxmayaraq, Azərbaycanda olarkən başına bir iş gələcəyindən — sadəcə yoxa çıxacağından —qorxurdu. Axı Rezanın çəkiliş qrupu bütün Sovet İttifaqının inkar etdiyi, dünyanın isə səbirsizliklə eşitmək istədiyi hadisələrin birbaşa şahidi olub sübutlar toplayırdı. Faktlara söykənən bu hekayəni ölkədən çıxaran yeganə komanda məhz onlar idi.

Reza deyir ki, Moskva hava limanından təyyarə havaya qalxan an gözlərindəki rahatlığı və sevinc hissini heç vaxt unutmayacaq. Keçmiş Sovet İttifaqında keçirdikləri son dərəcə ağır yeddi gün artıq arxada qalmışdı. Buna inanmaq çox çətin idi.

Təyyarə günortadan sonra Parisə eniş etdi. Reza və Əhməd vaxt itirmədən lentləri hazırlamaq və videoları montaj etmək üçün evə tələsdilər. Xəbərlər həmin axşam saat 20:00-da efirə getməli idi. Reza hələ də narahat idi — bəlkə də plyonkalar rentgen şüaları ilə zədələnmiş, videolentlər isə maqnitsizləşdirilmişdi. Sovetlər bu cür üsullarla məşhur idilər: hər şey qaydasındadır deyə düşünürsən, evə çatırsan və birdən-birə hər şeyin boş olduğunu görürsən.

Reza Qazaxıstanda kiçikmiqyaslı, lakin oxşar hadisələri üç həftə ərzində çəkmiş bir fransız qrupunun dəhşətli hekayəsini yaxşı xatırlayırdı. Onlar evə qayıtdıqdan sonra məlum olmuşdu ki, bütün videolentlər tamamilə maqnitsizləşdirilib və əldə heç nə qalmayıb.

Reza laboratoriyada slaydları hazırlamağa başlayanda televizordan bir səs eşitdi: saat 20:00-da çox mühüm bir xəbər buraxılışı elan edildi. Gözləri yaşardı. Bu o demək idi ki, Əhmədin videoları salamatdır. Həmin axşam xəbərlər Bakıda baş verən faciəli hadisələrlə açıldı. Süjetə təxminən altı dəqiqə vaxt ayrılmışdı — Qərb standartlarına görə bu, inanılmaz dərəcədə uzun idi, çünki adi bir xəbər materialı adətən 30 saniyədən 1 dəqiqəyədək olur.

Rezanın slaydları da uğurla hazırlandı. Onların arasından Reza təxminən 40 fotoşəkil seçərək çoxaldılması üçün ayırdı və bu materialları dünyada 2 minə yaxın jurnal və qəzetə ötürə bilən bir agentliyə təqdim etdi.

Beləliklə, onlar məqsədlərinə nail oldular. Rezanın Parisə qayıdışından cəmi 24 saat sonra, Azərbaycanın Qara Yanvar faciəsi barədə həqiqətlər bütün dünyaya yayıldı. 18-dən çox televiziya kanalı və onlarla radio stansiyası çəkiliş materialları üçün Reza və Əhmədə müraciət etdi.

Missiya tamamlanmışdı.

Qara Yanvar artıq sirr deyildi — Bakıda axıdılan qan, tapdanan insan haqları dünya ictimaiyyətinin gözləri önündə idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişafı istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY