QARABAĞ UŞAQLARIN GÖZÜ İLƏ
Sentyabrin 14-də Azərbaycan Miniatür Sənəti Mərkəzində respublikamızın işğal edilmiş rayonlarından olan qaçqın uşaqların rəsmlərindən ibarət “Qarabağ uşaqların gözü ilə” adlı sərgi açılmışdır.
Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Dillər Universiteti və Latviyadan müstəqil jurnalist Tatyana Çaladze tərəfindən təşkil edilmiş sərgidə qaçqın uşaqların Qarabağ müharibəsinin dəhşətlərini, faciələrini, doğma yurdundan didərgin düşmüş insanların acınacaqlı vəziyyətini, eləcə də vətənpərvərlik, insanpərvərlik duyğularını əks etdirən 300-dən çox işi nümayiş etdirilirdi.
Tədbiri Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açaraq ağır şəraitdə yaşayan qaçqın uşaqların yaradıcılığından danışdı və onlara uğurlar arzuladı. İşğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı, yazıçı Anar çıxış edərək təşkil olunmuş bu sərgini yüksək qiymətləndirdi.
Latviyadan müstəqil jurnalist Tatyana Çaladze, tanınmış jurnalist-publisist Elmira Axundova və başqaları balaca fırça ustalarına xoş arzularını ifadə etdilər.
Uşaqların ifasında vətən, qəhrəmanlıq, sülh haqqında şerlər səsləndi.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
- 06.06.2026 [10:48]
Aşqabadda Səməd Vurğun sorağı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]