“Qarabağ”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçə bilər
Bakı, 12 iyun, AZƏRTAC
"Qarabağ"la yollarını ayıran Yassin Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
AZƏRTAC "Africafoot" nəşrinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi həmin ölkədən sərfəli təklif alıb. Hələlik təklif göndərən komandanın adı açıqlanmır.
İddiaya görə, 31 yaşlı oyunçu hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən həmyerliləri Riyad Mahrez, Said Benrahma və Ussem Auarla məsləhətləşdikdən sonra ərəb klubuna keçməyə razılıq verib.
Qeyd edək ki, Yassin Benzia "Qarabağ"ın heyətində 97 oyuna 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]