“Qarabağ”ın legioneri Türkiyə klubuna keçə bilər
Bakı, 18 dekabr, AZƏRTAC
“Qarabağ”ın daha bir legioneri Türkiyə klublarının maraq dairəsinə düşüb. Söhbət qanalı yarımmüdafiəçi Ovusu Kvabenadan gedir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Superliqasının debütantı olan “Fatih Karagümrük” klubu 23 yaşlı futbolçunu transfer etmək istəyir. Xüsusilə də “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki “Sivasspor”la oyunundan sonra Kvabenanı bəyənən klub rəsmiləri qış fasiləsində Ağdam klubu ilə danışıqlara başlamaq fikrindədir.
Qeyd edək ki, bir müddət əvvəl Superliqanın digər klubu olan “Hatayspor”un “Qarabağ”ın digər aparıcı üzvü Abdulla Zubirlə maraqlandığı barədə xəbərlər yayılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]