Qaradağ rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunub
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Qaradağ rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, rayonun Lökbatan qəsəbəsində təşkil edilən yarmarkada mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar satışa çıxarılıb.
Satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.
Satış-yarmarka hər həftənin şənbə və bazar günləri təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:29]
Yunanıstan səfiri “ASAN xidmət”də
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 11.06.2026 [12:23]