Qaradağ rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl etməyənlər barəsində ciddi tədbirlər görülüb
Bakı, 23 avqust, AZƏRTAC
Qaradağ rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl etməyənlər barəsində ciddi tədbirlər görülüb.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Lökbatan və Sahil qəsəbələrində avqustun 23-də səhər saatlarından başlayaraq xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülüb, qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar maska ilə təmin olunub. Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı, həmçinin xüsusi karantin rejiminin tələblərinə dair maarifləndirici söhbətlər aparılaraq sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, bu cür reydlər mütəmadi olaraq davam edəcək.