QAX RAYONU ƏRAZİSİNDƏ “AFRİKA TAUNU” XƏSTƏLİYİNƏ YOLUXMA HALLARI QEYDƏ ALINMAMIŞDIR
Qax Rayon Baytarlıq İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Qaxingiloy, Əlibəyli, Alatəmir və digər yaşayış məntəqələrində vətəndaşlara məxsus fərdi təsərrüfatlarda 3450-yə yaxın donuz bəslənilir.
Qəbələ rayonunun Nic kəndində donuzlar arasında “Afrika taunu” xəstəliyi aşkar edildikdən sonra idarənin mütəxəssisləri Qax rayonunun fərdi təsərrüfatlarında mövcud vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə yerlərdə olmuş, sakinlərlə söhbət aparmış, xəstəliyin əlamətləri və fəsadları barədə onları maarifləndirmişlər. Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, indiyədək Qax rayonu ərazisində donuzlar arasında “Afrika taunu” xəstəliyinə yoluxma halları qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]