Qax şəhərinin küçələrinə asfalt döşənir
Qax, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində şəhərdaxili küçələrin asfaltlaşdırılması işləri davam etdirilir. Cari ilin ötən dövründə dövlət vəsaiti hesabına şəhərin 10 küçə və 2 döngəsində yol və səkilərin əsaslı təmiri işləri aparılıb. Ümumilikdə, küçə və döngələrə 38 min kvadratmetrdən çox asfalt örtüyü döşənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, şəhərin daxili küçələrində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Cavanşir Rəhimov küçəsində də asfaltlanma işləri aparılır.
İlin sonunadək şəhərin daha 3 küçə və 2 döngəsinə asfalt örtüyü döşənəcək. Eyni zamanda, hazırda şəhərin Heydər Əliyev prospektində, Ü.Hacıbəyli, V.Eyvazov, H.Tağıyeva, N.Nərimanov və Vidadi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri görülür.