Qaxda 600 hektar sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır
Qax, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 600 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında təkrar əkinlər davam edir. Bu günədək rayonda 460 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, rayon üzrə təkrar əkinlər ən çox Qax Aqroparkının, həmçinin Qorağan və Tasmalı kəndlərinin ərazilərində aparılıb. Belə ki, Aqroparkın ərazisində 90 hektar, kəndlərin hər birində isə 80 hektar sahədə təkrar qarğıdalı əkilib.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.
Qurumdan verilən məlumata görə, cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 147 hektar artırılaraq 1867 hektara çatdırılıb. Hazırda təsərrüfatlarda dən üçün qarğıdalı əkilmiş sahələrə aqrotexniki qulluq işləri davam etdirilir, əkinlər suvarılır.
Qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]