Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələniblər
Bakı, 7 noyabr, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb və yol verdikləri qayda pozuntuları onlara izah olunub.
Həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.