QAXDA POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Qax, 26 iyun (AZƏRTAC). İyunun 23-dən 26-dək Qax şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinin yarışları keçirilmişdir. Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq keçirilən bu yarışların final mərhələsində respublikanın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparmışdır.
Nazirliyin sektor müdiri Aydın Məmmədov bildirmişdir ki, yarışların əsas məqsədi çağırışaqədər və çağırışyaşlı gəncləri ordu sıralarına hazırlamaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək, habelə asudə vaxtlarının mənalı və səmərəli təşkilinə nail olmaqdır. Xatırladaq ki, çempionatın zona mərhələsinin yarışları, Bakı və Naxçıvan da daxil olmaqla, respublikanın 6 regionunda keçirilmişdir.
Qax şəhər stadionunda keçirilən final yarışlarında komandalar 5 növ üzrə, o cümlədən 100 və 3000 metr məfayə qaçma, turnikdə dartınma, güllə atıcılığı və qumbaraatma növlərində yarışmışlar.
Çempionatın yekun nəticələrinə əsasən, şəhər komandaları üzrə Mingəçevir, Sumqayıt və Naxçıvan təmsilçiləri, rayonlar üzrə isə Qax, Biləsuvar və Cəlilabad komandaları müvafiq olaraq I, II, III yerləri tutmuşlar. Qalib komandalar, habelə hər növ üzrə ən yüksək nəticə göstərmiş idmançılar Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]