Qayayadırmanma üzrə açıq ölkə çempionatı keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə açıq ölkə çempionatı keçirilib.
FAIREX-dən AZƏRTAC-a bildirilib ki, kişilər və qadınlar arasında üç mərhələdə keçirilən ümumrespublika yarışının qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Qeyd edək ki, FAIREX tərəfindən mütəmadi olaraq dağçılıq və ekstremal idman növləri üzrə keçirilən müxtəlif çempionatlar idmançıların daha çox təcrübə toplaması, yarış texnikalarının təkmilləşməsi, bu idman növlərinin populyarlaşdırılması, dağ idman növləri üzrə idman dərəcələrinin verilməsini stimullaşdırmaq və milli dağçılıq ənənələrinin inkişafına nail olmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]