QAZ TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar qərara alıram:
1. Hər il iyun ayının 20-si qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunsun.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2006-cı il.