QAZAXDA GƏNCLƏRİN ORDU SIRALARINA YOLASALMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Qazax rayonunda gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon hərbi komissarı, polkovnik-leytenant Akif Muradov, müharibə və əmək veteranları, valideynlər müstəqil Azərbaycan dövlətinin ordusunda xidmət etməyin şərəfli və müqəddəs bir vəzifə olduğunu diqqətə çatdırmış, yola salınan gənclərə uğurlar arzulamışlar.
Gənclər Vətənə sədaqətlə xidmət edəcəklərini, hərbi texnikaya mükəmməl yiyələnəcəklərini və işğal altında qalan torpaqlarımızı azad etmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə daim hazır olacaqlarını bildirmişlər.