Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bayram süfrəsi açılıb
Qazax, 15 mart, Famil Quliyev, AZƏRTAC
Novruz bayramı ərəfəsində Qazax Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bayram süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.
Tədbirdə şəhid atası Sarı Hüseynov və şəhid anası Tamella Süleymanova çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.
Bayram şənliyi musiqi sədaları altında davam edib.