İQTİSADİYYAT
Qazaxın sərhəd kəndləri suvarma suyu ilə təmin olunacaq
Qazax, 30 avqust (AZƏRTAC). Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Alpout, Abbasbəyli, Fərəhli və Qaymaqlı kəndlərində əkin sahələrinin suvarılması üçün görülən işlər yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu kəndlərə su təmas xəttinə yaxın yerləşən Çoğaz su anbarından veriləcək. Abbasbəyli və Fərəhli kəndləri anbarın yerləşdiyi ərazidən 250-300 metr yüksəklikdə olduğu üçün Fərəhlidə 1000 kubmetrlik su tutumu olan anbar inşa edilib. Çoğazdan bu anbara suyun vurulması üçün 4300 metrlik boru xətti, həmçinin 35 min kilovoltluq elektrik xətti çəkilərək 4 su nasosu quraşdırılıb. Layihə çərçivəsində görülən işlər yaxın günlərdə başa çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:11]
Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib
- 03.07.2024 [13:00]
® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!
- 03.07.2024 [12:50]
Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb
- 03.07.2024 [12:42]
Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb
- 03.07.2024 [12:34]
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb
- 03.07.2024 [12:11]